Dünya
İran bu ölkəni də vurdu: yaralılar var
İranın Küveyt əmirliyi ərazisindəki hərbi düşərgələrdən birinə endirdiyi zərbə nəticəsində Küveyt Silahlı Qüvvələrinin 10 hərbi qulluqçusu yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Atvan "X"də məlumat yayıb.
Nazirlik rəsmisinin bəyanatında deyilir:
"Son 24 saat ərzində Silahlı Qüvvələr Küveytin hava məkanında düşmənə məxsus 14 ballistik raket və 12 pilotsuz uçuş aparatı qeydə alıb. Hərbi düşərgələrdən birinə endirilən zərbə nəticəsində 10 hərbi qulluqçu xəsarət alıb, onlara lazımi tibbi yardım göstərilir. Obyektə ciddi maddi ziyan dəydiyi də qeydə alınıb".
O həmçinin əlavə edib ki, özəl logistika şirkətinə məxsus anbarlar da hücuma məruz qalıb. Orada maddi ziyan olsa da, insan tələfatı qeydə alınmayıb.
-
Sosial21:15Laçında 300 metr yüksəklikdə "gəzinti": Kanat yolu istifadəyə verilir - Video
-
MDB20:18Paşinyana hücum edənlər saxlanıldı - Video/Yeniləndi
-
Hadisə19:13Bakıda göl daşdı: hamı balıq tutur - Foto
-
Magazin118:36Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - Foto
-
Yaxın Şərq17:45İran ABŞ-ın məşhur təyyarəsini məhv etdi - Fotolar
-
Nida Xəbər 17:00Lalə Şövkət Türkiyəyə müalicəyə aparılıb? - Oğlundan açıqlama
-
Magazin215:52Model çimərlikdən elə paylaşım etdi ki... - Foto
-
Magazin214:45Bella Hadid ideal bədən quruluşunu nümayiş etdirdi - Foto


































