Sərnişin uçuş zamanı təyyarənin qapısını açmağa çalışdı: "Pis ruhlar məni ələ keçirib"
Bizi izləyin

Dünya

Sərnişin uçuş zamanı təyyarənin qapısını açmağa çalışdı: "Pis ruhlar məni ələ keçirib"

Hindistanda bir sərnişin uçuş zamanı iki dəfə təcili çıxış qapısını açmağa çalışıb.

Publika.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Hadisə 28 martda, Hindistanın "IndiGo" aviaşirkətinin göyərtəsində 100-dən çox sərnişin daşıyan "Airbus A321" təyyarəsində baş verib. Təyyarə Banqalordan Varanasiyə uçub. Məhəmməd Adnan adlı bir kişi uçuş başlayandan 15 dəqiqə sonra oturacağından dik atılıb və qapıya yönəlib, lakin stüardessa onu sakitləşdirməyə nail olub.

Lakin eniş zamanı, təyyarə artıq 150 metr hündürlükdə olanda, həmin sərnişin yenidən qapıya tərəf qaçıb. Pilotlar təyyarəni təhlükəsiz yerə endiriblər. Baş verənlər zamanı heç kim xəsarət almayıb, lakin şahidlər ağır stress keçirdiklərini bildiriblər.

Enişdən sonra həmin sərnişin polisə təhvil verilib. Dindirmə zamanı Adnan pis ruhların onu ələ keçirdiklərini iddia edib. O, təyyarədə həmin ruhların onu hərəkətə keçməyə məcbur etdiyini söyləyib.

Kişi saxlanılıb, istintaq davam edir.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm