Bu ölkələrə foto və video göndərənlər edam olunacaq
Bizi izləyin

Dünya

Bu ölkələrə foto və video göndərənlər edam olunacaq

ABŞ-a və İsrailə hər hansı bir məlumat ötürənlərə edam cəzası tətbiq olunacaq.

Publika.az “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir məlumat yayıb.

Onun sözlərinə görə, ötən oktyabr ayında qəbul edilmiş casusluq haqqında qanuna əsasən "düşmən hökumətlərə" foto və ya video göndərmək əmlakın müsadirə edilməsi və ölümlə cəzalandırılır.

"Zədələnmiş ərazilərin fotoşəkilləri çəkildikdə, düşmənə hədəfin düzgün seçildiyi bildirilir. Bu cür məlumatları düşmənə vermək düşmənlə kəşfiyyat sahəsində əməkdaşlıq etməklə eynidir", - sözçü qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm