Yaxın Şərq
İsrail məxfi kəşfiyyat məlumatlarını ABŞ-a ötürdü: İranın "ürəyi" hədəfdə
Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İsrail ABŞ-a Hörmüz boğazı və Fars körfəzindəki İran adaları, xüsusilə strateji əhəmiyyətli Xark adası ilə bağlı kritik kəşfiyyat məlumatları ötürüb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "The Times of Israel" qəzeti hərbi mənbələrə istinadən yayıb.
CNN-in yaydığı məlumata görə isə ötən bazar günü ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər yüksək rütbəli generallarla elan olunmamış məxfi görüş keçirib.
"The New York Times" qəzeti isə Pentaqonun artıq bir neçə yüz xüsusi təyinatlı hərbçini Yaxın Şərqə köçürdüyünü yazır. Onların bölgəyə gələn dəniz piyadaları və desant qüvvələrinə qoşulacağı gözlənilir.
Mənbələrin bildirdiyinə görə, xüsusi təyinatlı qüvvələr üç əsas istiqamət üzrə tapşırıq ala bilərlər: Hörmüz boğazı, Xark adası, İsfahan nüvə obyekti.
Adəm
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi




































