Region
Paşinyan Aİ missiyasının yeni rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin mülki missiyasının yeni rəhbəri Satu Koyvu ilə Azərbaycanla sülh prosesini müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti başçısının mətbuat xidməti məlumat verib.
Görüş zamanı Paşinyan Koyvunu təyinatı münasibətilə təbrik edərək, Aİ Monitorinq Missiyasının Ermənistandakı fəaliyyətinin vacibliyini qeyd edib.
Paşinyan Ermənistan-Aİ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və Brüsselin ölkədə demokratik institutların inkişafına kömək etdiyini vurğulayıb.
Koyvu Ermənistan hökuməti ilə sıx əməkdaşlığın və aktiv dialoqun davam edəcəyinə ümid etdiyini bildirib.
"Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regionda sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər", - deyə bəyanatda bildirilir.
Qeyd etmək lazımdır ki, Aİ Şurası fevral ayında Satu Koyvunu (Finlandiya polis zabiti) Ermənistandakı Aİ Monitorinq Missiyasının rəhbəri təyin edib. O, bu vəzifədə Markus Ritteri əvəz edib. Koyvu əvvəllər BMT və Aİ-nin Fələstin, Ruanda, Namibiya və Kiprdəki missiyalarında xidmət edib.
Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
