Dünya
Xəbərdarlıq edildi: Bu gün axşam saatlarında Yer kürəsinə çatacaq
Yer kürəsinə doğru hərəkət edən Günəş plazması səbəbindən yaxın günlərdə güclü qütb parıltılarının müşahidə olunacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində qeydə alınan ən mühüm hadisə 4 fevral tarixindən bəri ilk dəfə baş verən güclü Günəş alışması olub. Bu proses iri plazma emissiyası ilə müşayiət edilib. Alimlərin hesablamalarına əsasən, yaranan plazma buludu bu gün axşam saatlarında Yer kürəsinə çatacaq.
Qeyd olunur ki, sözügedən hadisə orta səviyyəli maqnit fırtınalarının yaranmasına səbəb ola bilər.
Alimlər əlavə ediblər ki, zərbə günün qaranlıq saatlarına təsadüf edəcəyi üçün, güclü qütb parıltılarının müşahidə olunması ehtimalı yüksəkdir.
Roza
-
İdman13:36Dünyanın ən cazibədar voleybolçusu Türkiyədən qaynar FOTOLAR paylaşdı
-
Rəsmi xronika13:00Prezident fərman imzaladı
-
Dünya12:58Xəbərdarlıq edildi: Bu gün axşam saatlarında Yer kürəsinə çatacaq
-
Nida Xəbər 12:40Araz Ağalarovun yeni həyat yoldaşı kimdir? - FOTO
-
ABŞ11:56Baydeni qoruyan məxfi xidmətin əməkdaşı özünü güllələdi
-
Sosial11:43Məhərrəm ayı bu tarixdə başlayacaq
-
Qoroskop11:30Bu gündən etibarən 3 bürcün həyatı dəyişir
-
Dünya10:54Türkiyədə əməliyyat - Bələdiyyə sədri, həyat yoldaşı, qızı və gəlini saxlanıldı




































