Dünya
Maykl Ceksonun qızı atasının mirası uğrunda mübarizə aparır
Mərhum pop ulduz Maykl Ceksonun mirası ilə bağlı məhkəmə prosesində yeni detallar ortaya çıxıb.
Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, müğənninin qızı Paris Cekson atasının irsi hesabına maliyyələşdirilən bioqrafik filmə etiraz edib.
O, həmçinin şəxsi yaşayış xərclərinin qarşılanması və miras vəsaitlərinin xərclənməsi ilə bağlı narazılığını ifadə edib.
Ceksonun qızı yeni layihə ilə heç bir əlaqəsinin olmadığını bildirərək vəsiyyətnamənin icraçılarını maliyyə mənimsəməsində ittiham edir. Onun sözlərinə görə, mirasın idarə olunmasında şəffaflıq yoxdur və vəsaitlər düzgün istiqamətdə xərclənmir.
Paris sözügedən bioqrafik filmi “riskli investisiya” adlandırıb və büdcənin əhəmiyyətli hissəsinin mirasdan ayrılmasını “narahatedici” hesab etdiyini bildirib.
Roza
-
Dünya15:02Moskva görüşü: Putin və Paşinyan hansı məsələləri müzakirə edəcək?
-
Sosial14:43Azərbaycanda qanunazidd toy: Bələdiyyə sədrinin...
-
İdman13:36Dünyanın ən cazibədar voleybolçusu Türkiyədən qaynar FOTOLAR paylaşdı
-
Rəsmi xronika13:00Prezident fərman imzaladı
-
Dünya12:58Xəbərdarlıq edildi: Bu gün axşam saatlarında Yer kürəsinə çatacaq
-
Nida Xəbər 12:40Araz Ağalarovun yeni həyat yoldaşı kimdir? - FOTO
-
ABŞ11:56Baydeni qoruyan məxfi xidmətin əməkdaşı özünü güllələdi
-
Sosial11:43Məhərrəm ayı bu tarixdə başlayacaq


































