Hörmüzə alternativ yol tapıldı: 40 ildir ki, boş qalıb
Bizi izləyin

Dünya

Hörmüzə alternativ yol tapıldı: 40 ildir ki, boş qalıb

ABŞ-İsrail və İran münaqişəsi davam edərkən qlobal enerji böhranının dərinləşdiyi bir dövrdə Hörmüz boğazına alternativ yolların axtarışı sürətlənir. Bu müstəvidə Yaxın Şərqdə uzun illərdir istifadəsiz qalan enerji marşrutu yenidən gündəmə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bildirilib ki, Suriya prezidenti Əhməd Əl Şaraa Körfəz bölgəsindən Aralıq dənizinə, oradan isə Avropaya uzanan yeni quru əsaslı enerji dəhlizi planı irəli sürüb. Bu təşəbbüs Hörmüz boğazından asılılığı azaltmağı hədəfləyir.

Planın mərkəzində 1947-1950-ci illərdə inşa edilən Trans-Ərəbistan Boru Kəməri yer alır. Səudiyyə Ərəbistanının Abqaiq yataqlarından Livanın Sidon limanına qədər uzanan 1214 kilometrlik bu xəttin gündəlik ötürmə gücü 500 min barel olub. Boru kəməri 1983-cü ildə Livandakı vətəndaş müharibəsi səbəbindən fəaliyyətini dayandırıb.

Suriya rəhbərliyi 40 ildən artıqdır fəaliyyətsiz qalan bu kəmərin bərpasını və alternativ enerji marşrutu kimi istifadəsini nəzərdən keçirir.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı, İraq və BƏƏ müxtəlif boru kəmərləri ilə alternativ ixrac marşrutlarını genişləndirsə də, mütəxəssislər bu xətlərin heç birinin təkbaşına Hörmüz boğazını əvəz edə bilməyəcəyini vurğulayır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm