ABŞ
Polşa ABŞ-ın bu istəyinə "YOX" dedi: Yaxın Şərqdə gərginlik pik həddə
ABŞ administrasiyası Polşadan ölkə ərazisindəki "Patriot" zenit-raket komplekslərini və onlara aid raketləri təcili şəkildə Yaxın Şərqə ötürməyi tələb edib. Lakin Varşava Vaşinqtonun bu istəyinə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə Polşanın nüfuzlu "Rzeczpospolita" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Vaşinqton Polşada yerləşən "Patriot" komplekslərindən birinin və hazırda "Visla üzərində" olan raketlərin Yaxın Şərqə transferini istəyir. Lakin rəsmi Varşava öz müdafiə sistemlərini vermək niyyətində deyil.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məsələ ilə bağlı "X" sosial şəbəkəsində kəskin bəyanatla çıxış edib. O deyib ki, Polşa "Patriot" batareyalarını Yaxın Şərqə göndərməyi planlaşdırmır və ölkənin təhlükəsizliyi prioritetdir.
Məsələyə Polşanın keçmiş baş naziri Leşek Miller də münasibət bildirib. O, ABŞ prezidenti Donald Trampı İranla qarşıdurmada diplomatik çıxış yolu tapmağa çağırıb:
"Əsas məsələ ABŞ-ın zərbə endirmək gücü deyil, bunu hamı bilir. Əsl problem Vaşinqtonun eskalasiyanı dayandırıb hərbi münaqişəni bitirə bilib-bilməyəcəyidir. Beynəlxalq siyasətdə müharibəni bitirmək, onu başlatmaqdan qat-qat çətindir".
Adəm
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
