Dünya
Tramp NATO-ya “əlvida” dedi, Moskvadan reaksiya gəldi - Dünya xəritəsi dəyişir
ABŞ Prezidenti Donald Tramp NATO-dan ayrıldığını elan etdi. Amerika lideri bu açıqlamanı Ağ Evdə keçirilən mətbuat konfransında verib.
Publika.az xəbər verir ki, Rusiyadan Trampın bu açıqlamasına reaksiya gəlib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın NATO-dan çıxacağına şübhə ilə yanaşdığını bildirib.
"Bunun üçün heç bir səbəb yoxdur və Konqres buna icazə verməyəcək", - deyə siyasətçi bildirib. O, Trampın alyansa qarşı ritorikasını tamamilə şok kimi xarakterizə edib.
"Hərçənd Amerika kontingentinin sayının azaldılması və ya hər hansı bir şeyin tədarükündən imtina kimi simvolik hərəkətlər mümkündür", - deyə o bildirib.
Eyni zamanda, Medvedev Şimali Atlantika Alyansı daxilində Yaxın Şərqdəki münaqişə ilə daha da kəskinləşən ziddiyyətlərin olduğuna əminliyini ifadə edib.
"Və Avropa politoloqları, xüsusən də Brüsseldə, Aİ daxilində tamhüquqlu hərbi komponent yaratmağı ciddi şəkildə nəzərdən keçirirlər. Və bu da dünya xəritəsini dəyişir", - deyə Medvedev vurğulayıb.
Müəllif: Tural
-
Nəqliyyat22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin120:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir







.jpg)









.jpg)















.png)



