Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
Bizi izləyin

Dünya

Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır

Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır

Hörmüz boğazında yaranan böhran qlobal enerji bazarlarında ciddi narahatlıq yaratmağa davam edərkən, “Goldman Sachs” və “Morgan Stanley” şirkətləri neft bazarı ilə bağlı yeni proqnozlarını açıqlayıb.

Publika.az xəbər verir ki,Goldman Sachs”ın yaydığı son hesabata əsasən, Hörmüz boğazında tranzitin uzun müddət pozulması qlobal neft ehtiyatlarının qeyri-adi sürətlə azalmasına səbəb ola bilər.

Bank ilin son rübü üçün Brent markalı neftin qiymət proqnozunu 80 dollardan 90 dollara yüksəldib.

Analitiklərin hesablamalarına görə, Fars körfəzində gündəlik 14,5 milyon barel həcmində istehsal itkisi qlobal ehtiyatların təkcə aprel ayında gündə 11-12 milyon barel azalmasına gətirib çıxarıb. Hesabatda vurğulanır ki, əvvəl may ayının ortalarında gözlənilən ixracın normallaşması artıq iyunun sonuna qədər gecikə bilər. Bu isə bazarda təzyiqləri daha da artırır.

“Goldman Sachs” xəbərdarlıq edib ki, neft və emal olunmuş məhsulların qiymətlərində artım iqtisadiyyata mənfi təsir göstərə bilər. Bank cari rübdə gündəlik 9,6 milyon barel kəsir proqnozlaşdırır və üçüncü rübdə qiymətlərin 100 dollar ətrafında dəyişəcəyini bildirir.

Digər maliyyə nəhəngi “Morgan Stanley”in analitiklərinə görə, Hörmüz boğazındakı problemlər səbəbindən gündəlik 14,2 milyon barel neft tədarükü azalıb. Bunun nəticəsində qlobal ehtiyatlar gündə 4,8 milyon barel azalsa da, zəifləyən tələbat bu itkini qismən kompensasiya edir.

Şirkət “Brent” neftinin qiymətinin bu rübdə 110 dollar, üçüncü rübdə 100 dollar, ilin son rübündə isə 90 dollar səviyyəsində olacağını gözlədiyini açıqlayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm