Dünya əhalisi buna həsrət qalacaq - Müharibənin inanılmaz təsiri
Bizi izləyin

Dünya

Dünya əhalisi buna həsrət qalacaq - Müharibənin inanılmaz təsiri

Dünya əhalisi buna həsrət qalacaq - Müharibənin inanılmaz təsiri

Dünya ən populyar desertlərdən olan Dubay şokoladına həsrət qala bilər.

Publika.az xəbər verir ki, İrandakı müharibə Dubay şokoladı istehsalçıları üçün çətinliklər yaratmağa başlayıb.

"Financial Times" qəzetinin analitiklərə istinadən verdiyi məlumata görə, münaqişə püstə qiymətlərinin kəskin şəkildə artmasına və bu çərəz növünün tədarükünün azalmasına səbəb olub.

Püstə ixracının 25-30%-ni İran həyata keçirirdi. Lakin, logistika problemləri səbəbindən ölkə məhsulunun ixracında ciddi problemlərlə üzləşir. Bu da gecikmələrə və xərclərin artmasına səbəb olub. İranın ixracı Qərb sanksiyalarına görə də məhdudlaşır.

Nəşrin məlumatına görə, hazırda alıcılar, əsasən də ABŞ-da İran püstəsinə alternativlər axtarırlar. Lakin, Amerika ixracatçıları artıq ehtiyatlarının böyük hissəsini satıblar. Bu da yaxın günlərdə Dubay şokoladı istehsalının tamamilə dayandırıla biləcəyini göstərir.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm