Nida Xəbər
Paşinyan nöqtəni qoydu: Biz Qarabağ məsələsini...
Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülkü Müqavilə” Partiyasının seçkiqabağı proqramını açıqlayarkən Azərbaycanla münasibətlərin hazırkı vəziyyəti ilə bağlı qiymətləndirmələr aparıb.
Publika.az xəbər verir ki, Paşinyan bölgədəki keçmişlə bağlı müzakirələrin geridə qalmalı olduğunu bildirərək deyib: "Artıq kimin harada yaşadığı üzərində dayanmayacağıq. Biz Qarabağ məsələsini bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik".
Paşinyan davamlı sülh üçün konkret mexanizmlərin yaradılmasının vacibliyini vurğulayaraq, bu prosesin artıq başladığını və onun irəliləməsinin prioritet məqsədlər arasında olduğunu qeyd edib. O, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Trampın Sülh və Rifaha Doğru Yolunun (TRIPP) həyata keçirilməsinin, sülh müqaviləsinin imzalanmasının və təsdiqlənməsinin prosesin daha da institusionallaşdırılması istiqamətində fundamental addımlar olacağını bildirib.
Paşinyan həmçinin vətəndaş cəmiyyəti və biznes nümayəndələri arasında əlaqələrin, ikitərəfli ticarətin və siyasi, mədəni və humanitar dialoqun inkişafının sülhün möhkəmləndirilməsində mühüm rol oynadığını və partiyasının bu sahələrdə atılan addımları təşviq edəcəyini və dəstəkləyəcəyini bildirib.
Paşinyan həmçinin Ermənistanın Rusiya ilə konstruktiv, qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə davam edəcəyini vurğulayaraq, iki ölkə arasındakı münasibətlərin əsasən Qarabağ prosesinin şərtləri ilə formalaşdığını, lakin artıq yeni bir dövrün başladığını qeyd edib. Münaqişənin bitdiyini və sülhün bərqərar olduğunu bildirən Baş nazir münasibətlərin də bu yeni reallıqlara uyğunlaşmalı olduğunu bildirib.
Müəllif: Tural
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO








.jpg)





























