Dünya
ABŞ-ın gizli UNO araşdırması: Məxfi sənədlər üzə çıxdı
ABŞ hökumətinin uzun illərdir naməlum uçan obyektlər (UNO) üzərində gizli araşdırmalar apardığı iddia olunur.
Publika.az xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, jurnalist Ceremi Korbellə sızdırılan sənədlər ABŞ-da fəaliyyət göstərən gizli laboratoriyada UNO-ların araşdırıldığını göstərir.
Bildirilib ki, sənədlər “Los Alamos National Laboratory”nin mərhum kibertəhlükəsizlik rəhbərinə aiddir.
Mayın 17-də təqdim olunacaq “Sleeping Dog” (Yatmış İt) adlı sənədli filmdə də Korbell Nyu Meksikoda yerləşən laboratoriyanın keçmiş kibertəhlükəsizlik rəhbərinin oğlundan məxfi sənədlər əldə etdiyini açıqlayır.
Qeyd edək ki, sözügedən laboratoriya atom bombasının “atası” kimi tanınan Robert Oppenheimer tərəfindən yaradılıb. İddialara görə, burada çalışan iki nəfər ötən il müəmmalı şəkildə yoxa çıxıb.
Müəllif: Roza
-
Magazin204:44Ətir şousuna açıq-saçıq libası ilə damğa vurdu - FOTO
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir






























.jpg)


