Qiymətlər artacaq, vərdişlər dəyişəcək: Baş nazirin İran açıqlaması ölkəni silkələdi
Bizi izləyin

Dünya

Qiymətlər artacaq, vərdişlər dəyişəcək: Baş nazirin İran açıqlaması ölkəni silkələdi

Qiymətlər artacaq, vərdişlər dəyişəcək: Baş nazirin İran açıqlaması ölkəni silkələdi

Böyük Britaniyanın baş naziri Kir Starmer İranda baş verən müharibənin nəticələrinin ölkə vətəndaşlarının gündəlik həyatına ciddi təsir göstərə biləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, "Sky News" telekanalına müsahibəsində bildirib ki, mənfi təsirlər davam edərsə, britaniyalılar öz istehlak vərdişlərini dəyişməli olacaqlar.

Baş nazir qeyd edib ki, bu dəyişikliklər insanların bu il hara səyahət etməsindən tutmuş, supermarketlərdə nə aldıqlarına qədər müxtəlif sahələri əhatə edə bilər.

Starmer vətəndaşları panikaya qapılmamağa çağıraraq vurğulayıb ki, hökumət vəziyyəti sabitləşdirmək üçün bütün mümkün addımları atır. Onun sözlərinə görə, hazırda faktiki olaraq İran tərəfindən bağlanmış Hörmüz boğazının açılması istiqamətində iş aparılır. Lakin baş nazir xəbərdarlıq edib ki, hətta bu problem aradan qalxdıqdan sonra belə, münaqişənin təsirləri uzun müddət hiss olunacaq.

Hökumət başçısı bildirib ki, Böyük Britaniya artıq İrandakı müharibənin iqtisadi zərbəsini hiss edir və bu təsirlər uzun müddət davam edəcək.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm