Nida Təhlil
Ermənistan elitası "dəmir yumruq"dan sonra belə dəyişib - Sabiq naziri heyrətləndirən məqam
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə Ermənistanın siyasi elitası ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, sabiq nazir paylaşımında bildirib ki, “Dəmir yumruğ”un Ermənistan siyasi elitasına nə etməsi sadəcə təəccüblüdür.
O, 1990-cı illəri xatırladaraq qeyd edib ki, həmin dövrdə erməni tərəfi beynəlxalq sənədlərdə ərazi bütövlüyü prinsipinə qarşı çıxırdı: “Yadıma düşür ki, 90-cı illərdə erməni nümayəndələri müzakirə olunan istənilən sənəddə ərazi bütövlüyü prinsipinin qeyd olunmasını bloklayırdılar”.
Zülfüqarovun sözlərinə görə, bunun ən bariz nümunələrindən biri Alma-Ata Bəyannaməsi olub.
Sabiq nazir bildirib ki, bu gün isə vəziyyət tam fərqlidir. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq bu prinsipi müdafiə edir: “İndi isə Paşinyan və onun tərəfdarları hər fürsətdə bu beynəlxalq prinsipi tərifləməyə çalışırlar”.
Zülfüqarov əlavə edib ki, rəsmi İrəvanın əsas məqsədlərindən biri Azərbaycanın “Ermənistan SSR” sərhədlərini tanımasına nail olmaqdır: “halbuki əvvəlki bütün illər ərzində özləri bunu qəbul etmirdilər”.
Paylaşımda Paşinyanın yaxasında daşıdığı nişana da toxunan sabiq nazir bunu da diqqətçəkən detal kimi qiymətləndirib: “Ermənistan üçün qeyri-təbii olan Zəngəzur çıxıntısını əks etdirən o anlaşılmaz nişan da ayrıca diqqət çəkir”.
Zülfüqarov eyni zamanda Ermənistanın keçmiş liderləri Robert Köçəryan və Serj Sarkisyan barədə də sərt ifadələr işlədib. O qeyd edib ki, bu fiqurların yenidən gündəmə gətirilməsi təsadüfi deyil: “naftalindən çıxarılıb ortaya atılıblar”.
Sabiq nazir onların real güc balansını dəyişə bilməyəcəyini vurğulayıb: “Qarabağı geri qaytara bilməyəcəklərini anlayırlar”.
Və əlavə edib ki, bu cür vədlərə inanan olmayacaq.
"Açıq desək, Azərbaycanda bir çoxları qarşı tərəfin səhv edib özünü ifşa edəcəyi anı səbirsizliklə gözləyir...", - deyə keçmiş XİN rəhbəri sonda vurğulayıb.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































