Dünya
Kolumbiyanı qana bulayan "Mi Pez" ələ keçirildi
Aprelin 25-də Kolumbiyanın cənub-qərbində 21 nəfərin ölümünə səbəb olan bombalı hücumu həyata keçirənlərdən biri "Mi Pez" ləqəbli Xose Aleks Vitonko saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro “X” paylaşımında bildirib.
Məlumata görə, Mi Pez polis və ordunun birgə əməliyyatı nəticəsində Valle del Cauca inzibati bölgəsində saxlanılıb.
Müdafiə naziri Pedro Sançez də açıqlamasında Mi Pezin mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə qarşı 40-dan çox zorakılıq aktında iştirak etdiyini bildirib.
"Mi Pez ölkənin cənub-qərbində kəndlilərin qırğınlarını planlaşdıran əsas cinayətkarlardan biridir. Həmçinin o, Şimali Kavkanın ən təhlükəli strukturlarından birinin əsas lideridir. Onun cinayətkar rəhbərliyi altında 600-dən çox üzv var idi", - Sançez vurğulayıb.
Qeyd edək ki, 25 apreldə Kolumbiyanın cənub-qərbində baş verən bombalı hücum nəticəsində 21 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Müəllif: Roza
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO
-
Sosial13:32Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək
-
Nida Xəbər 12:24Əməkdar jurnalistə vəzifə verildi
-
Sosial12:09Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
-
Nida Xəbər 11:09Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda - FOTO
-
ABŞ10:30“Anam ona aşiq idi” – Trampın krala dediyi sözlər qalmaqal yaratdı
-
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
-
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır

































