Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO

Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO

ABŞ prezidenti Donald Trampın Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla ilə rəsmi görüşü zamanı etdiyi hərəkət müzakirələrə səbəb olub.

Publika.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, fotoqraflar prezidentin həyat yoldaşı Melaniya Trampa qarşı nümayiş etdirdiyi olduqca səmimi və intim anı kameraya alıblar.

Rəsmi salamlaşma və əl sıxma mərasimindən sonra dünya liderləri kameralara arxa çevirərək gəzintiyə çıxıblar. Bu zaman Trampın əli təsadüfən xanımının belindən sürüşərək onun ombasına toxunub. Həmin anlar anbaan obyektivlərə yansıyıb.

Görüşdə geyimlər də diqqət çəkib. Tramp və III Çarlz qara kostyuma üstünlük verdiyi halda, ABŞ-ın birinci xanımı dar ətək və vücuda oturan ağ pencəklə göz oxşayıb. Kraliça Kamilla isə plaş geyinməyi seçib.

Qeyd edək ki, Kral III Çarlzın ABŞ-a 4 günlük dövlət səfəri aprelin 27-dən 30-na qədər davam edəcək. İlk görüşdəcə zarafatlarından qalmayan Trampın Böyük Britaniyanı "kiçik dövlət" adlandırması da müzakirələrə səbəb olub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm