Dünya
277 sərnişin olan Türkiyə təyyarəsi alovlandı - VİDEO
İstanbuldan Nepalın paytaxtı Katmanduya yollanan Türkiyə Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsində eniş zamanı yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Nepal News" məlumat yayıb.
Məlumata görə, eniş zamanı laynerin şassiləri alovlanıb.
Hava gəmisinin göyərtəsində dördü uşaq olmaqla 277 sərnişin olub.
"İnsanlar uğurla təxliyə ediliblər, lakin bəzi sərnişinlər xilasetmə əməliyyatı zamanı yüngül xəsarətlər alıblar. Yanğın lokallaşdırılıb, bütün sərnişinlər təhlükəsizlikdədir", - deyə məlumatda bildirilib.
Baş verən hadisənin fonunda Katmandu hava limanında beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb.
Hadisəyə THY-dən də rəsmi münasibət bildirilib.
"İstanbuldan Katmanduya uçan "Airbus A330" təyyarəsində normal enişindən sonra şassidə tüstü müşahidə edilib. Sərnişinlərin təxliyəsi həyata keçirilib və proses uğurla başa çatıb. Xəsarət alan olmayıb. Təyyarənin geri uçuşu üçün əlavə reys planlaşdırılıb. Səlahiyyətli qruplarımız tərəfindən təyyarəmizin texniki yoxlamalarına başlanılıb. İlkin araşdırmalar göstərir ki, tüstünün səbəbi hidravlik boruda baş verən texniki nasazlıqdır", - deyə THY rəsmisi Yahya Üstün sosial şəbəkə hesabında məlumat verib.(Ajans.az)
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirliyə yeni müavin təyin edildi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
































.jpg)


