Dünya
Ərəblər onu görmək üçün Rusiyaya axın etdilər: Ölkələrində yoxdur
2026-cı ilin birinci rübündə Yaxın Şərq ölkələrindən olan turistlər Rusiyaya səyahətlərini xeyli artırıblar. Söhbət əsasən Səudiyyə Ərəbistanı vətəndaşlarından gedir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, dekabr ayında vizasız rejimin tətbiq ediləcəyi elan olunduqdan sonra rusiyalı turizm şirkətlərinə Səudiyyə Ərəbistanından çoxlu sayda müraciətlər daxil olub.
“İnturist” turizm şirkətinin nümayəndələri qeyd ediblər ki, yanvar və fevral ayları ölkəyə gələn turistlərin sayı baxımından xüsusilə fəal olub. Buna səbəb kimi Rusiyaya birbaşa aviareyslərin açılması və səudiyyəli turistlərin qar görmək istəyi göstərilir.
Bundan başqa, vizasız rejim elan edildikdən sonra Çindən gələn turistlərin sayı da artıb. Onlar əsasən Rusiyanın Uzaq Şərq bölgələrinə, eləcə də Moskva və Sankt-Peterburq şəhərlərinə səyahət edirlər.
Qeyd olunur ki, 2026-cı ilin mart ayında Yaxın Şərqdəki böhran səbəbindən turizm sektoru üçün müəyyən çətinliklər yaranıb. Buna baxmayaraq, yanvar və fevral aylarında turist axınının yüksək olması nəticəsində ümumilikdə rüb üzrə Rusiyaya 293,2 min xarici səfər qeydə alınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz çoxdur.
Müəllif: Publika.az
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir
-
Magazin212 May 19:36Maraqlı geyim tərzi ilə göz qamaşdırdı - FOTO


















.png)













