İdman
Oradan təklif gözləyir: Ölkəniz sizə zəng edəndə…
Məşhur italyan məşqçi Klaudio Ranyeri İtaliya millisinə rəhbərlik etməyə hazır olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, mütəxəssisin sözlərini “Football Italia” sitat gətirib.
“Əvvəllər milli komandanın təkliflərini rədd edirdim, çünki artıq “Roma”da işləyirdim və hər iki işi bir yerdə görə bilmirdim. İndi boşam, ona görə də kimsə zəng etsə, niyə də yox? Heç vaxt “heç vaxt” demə.
İtaliyadan baş məşqçi, yoxsa direktor olmaq təklifi gəlsə, qəbul edərdimmi? Bilmirəm, amma ölkəniz sizə zəng edəndə “hə” deyirsiniz – nöqtə”, – məşqçi deyib.
Xatırladaq ki, Ranyeri aprel ayında komandanın baş məşqçisi Can Pyero Qasperini ilə münaqişə səbəbindən “Roma” rəhbərliyinin məsləhətçisi vəzifəsindən azad edilmişdi. İtaliya millisinin baş məşqçisi vəzifəsi Cennaro Qattuzo istefa verdikdən sonra boş qalıb.
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI



































