İqtisadi gündəm
Bu şəxslərə hər ay 1700 manat ödənilir
Azərbaycan Prezidentinin fərdi təqaüdünü alan şəxslərin sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bildirilib ki, hazırda ölkədə 313 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ödənilir.
Qeyd olunub ki, ədəbiyyat, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin fərdi təqaüdü təsis edilib və hazırda bunun məbləği 1700 manatdır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin fərdi təqaüdü 11 iyun 2002-ci il tarixində təsis edilib. Bu təqaüdün təsis edilməsi haqqında fərman ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalanıb./yenisabah/.
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: Toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın






.jpg)































