Dünya
Rusiya Arktika Şurasının fəaliyyətinin bərpasını istəyir: NATO-ya sərt mesaj
Rusiya Arktikada dialoq və əməkdaşlığa açıqdır, həmçinin Arktika Şurasının tam formatda fəaliyyətinin bərpasında israrlıdır.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
O qeyd edib ki, Rusiya ən böyük Arktika dövləti kimi hər zaman qarşılıqlı hörmətə əsaslanan dialoqa və konstruktiv əməkdaşlığa hazırdır. Diplomatın sözlərinə görə, Moskva Arktika Şurasının tamhüquqlu fəaliyyətinin bərpası üçün ardıcıl səylər göstərir.
Qruşko vurğulayıb ki, Şimal, Sibir və Uzaq Şərqin yerli azsaylı xalqları ilə bağlı gündəliyin Arktikada əsas çoxtərəfli platforma olan Arktika Şurasında irəli aparılması Rusiya üçün mühüm istiqamətlərdən biridir.
Xatırladaq ki, Arktika Şurasının fəaliyyəti 2022-ci ildən Qərb ölkələrinin təşəbbüsü ilə faktiki olaraq dondurulub. Buna baxmayaraq, Rusiya qurumun tamhüquqlu üzvü olaraq qalır.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir
-
Magazin212 May 19:36Maraqlı geyim tərzi ilə göz qamaşdırdı - FOTO
-
Region12 May 17:26Qarabağla bağlı irad Paşinyanı qəzəbləndirdi: Səni tualetdə öldürərdilər - VİDEO



















.png)













