Dünya
15-19 yaşlı şəxslərdə ruhi xəstəliklər daha çox aşkar olunur
Dünyada təxminən 1,2 milyard insan psixi pozuntulardan əziyyət çəkir.
Publika.az xəbər verir ki, bu barədə “The Lancet” jurnalı məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilə qədər dünyada 1,17 milyard şəxsə psixi pozuntular ilə bağlı diaqnoz qoyulub. Məlumata görə, son 33 il ərzində bu göstərici 95,5 faiz artıb.
Tədqiqat müəllifləri 1990-2023-cü illər arasında təxminən 200 ölkə və ərazi üzrə məlumatları qiymətləndiriblər. Araşdırmada 12 növ psixi pozuntu nəzərdən keçirilib.
Tədqiqatçılar ən nəzərəçarpan dəyişiklikləri təşviş pozuntusu, klinik depressiya, distimiya, anoreksiya, sinir mənşəli bulimiya, şizofreniya və davranış pozuntularında müşahidə ediblər.
Ən yüksək aşkarlanma tezliyi isə 15-19 yaş arası yeniyetmələrdə qeydə alınıb. Məqalə müəllifləri xüsusilə aşağı və orta gəlirli ölkələrdə erkən diaqnostika və müalicə sisteminin daha effektiv şəkildə inkişaf etdirilməsinə çağırıblar.
Müəllif: Roza
-
Ekopublika.az19:10Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...
-
Elm və təhsil18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır
-
Region14:02Ərdoğan imzaladı: Türkiyədə məşhur universitet bağlandı
-
Nida Xəbər 12:41Əli Əsədov qərar imzaladı
-
Nida Təhlil 12:35Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir






































