Sosial
Qurban bayramında bunlara yol verilməyəcək - Rəsmi açıqlama
Qurban bayramı günlərində əhalinin sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə qurbanlıq heyvanların satışı və kəsimi prosesinə nəzarət gücləndirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.
Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq.
Satış və kəsim məntəqələrində vətəndaşlara yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar təqdim ediləcək, kəsim isə xüsusi baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək.
Vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda yerli icra hakimiyyəti orqanları tərəfindən AQTA ilə razılaşdırılmış səyyar heyvan kəsimi çadırları da qurulacaq.
AQTA vətəndaşları qurban kəsimini dini qaydalarla yanaşı, qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Küçə, yol kənarı və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eləcə də baytarlıq sənədi olmadan heyvan daşınması yolverilməz hesab olunur.
-
Hadisə03:19Üstündən avtobus keçən qadının nəvəsi danışdı - Video
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video

















.jpg)


















