Dünya
Çin Aİ-yə çağırış etdi: Rəqabət prinsiplərinə əməl edin
Çinin Ticarət Nazirliyi Avropa İttifaqının (Aİ) azad ticarət və bazar rəqabəti qaydalarına əməl edəcəyinə ümid etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, nazirliyin bəyanatında deyilir:
"Çin ümid edir ki, Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına sadiq qalacaq, azad ticarət və ədalətli rəqabət prinsiplərini müdafiə edəcək, eləcə də proteksionizmə və birtərəfli hərəkətlərə qarşı qətiyyətlə çıxış edəcək".
Qurumdan bildirilib ki, Çin ilə Aİ arasında kommunikasiya kanalları hələ də açıqdır.
Gərginliyə səbəb olan əsas məsələlərdən biri Aİ-nin mart ayında təqdim etdiyi "Avropada istehsal olunub" (Made in Europe) qanun layihəsidir. Bu sənəd strateji sahələrdə dövlət maliyyələşdirməsi almaq istəyən şirkətləri ehtiyat hissələrinin Aİ standartlarına uyğunluğunu təmin etməyə məcbur edir. Pekin isə hesab edir ki, bu qanun investisiyalar üçün ciddi maneələr yaradır və institusional ayrı-seçkilik xarakteri daşıyır.
Çin rəsmiləri bəyan ediblər ki, ölkə dialoqa hazırdır, lakin əgər Çin şirkətlərinin mənafelərinə zərər vurulsa, Pekin cavab tədbirləri görməyə məcbur olacaq.
Hüseyn İbadlı
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman10:26Arda Gülər: "Bacarmadıq, utanırıq!"
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi



































