Dünya
Hörmüz boğazında təhlükəli taktika: Tankerlər “qaranlıq naviqasiya”ya keçir
ABŞ-İran gərginliyi fonunda Hörmüz boğazında vəziyyət qeyri-müəyyən olaraq qalır. Artan gözləmə xərcləri və sığorta haqları səbəbindən bəzi tanker şirkətləri boğazdan keçmək üçün “qaranlıq naviqasiya” adlanan üsula əl atır.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin iddiasına görə, gəmilər gecə saatlarında işıqlarını söndürür, AIS (avtomatik identifikasiya sistemi) cihazlarını deaktiv edərək elektron izlənmədən yayınmağa çalışırlar. Bu, onların elektron xəritələrdə görünməsini çətinləşdirir və İran tərəfindən aşkarlanma riskini azaldır.
Bəzi gəmilər tranzit zamanı ABŞ ordusu ilə əlaqə saxlayır. ABŞ qüvvələri ərazini radar və dronlarla izləyir, kapitanlara AIS sistemlərini nə vaxt söndürməli olduqları və İrandan gələn potensial təhdidlərə necə cavab verəcəkləri barədə rəhbərlik edir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsul toqquşma və təhlükəsizlik risklərini artırır. AIS sistemi söndürüldükdə gəmilər bir-birini yalnız radar vasitəsilə izləyə bilir.
Analitiklərin hesablamalarına görə, Fars körfəzində gözləyən iri neft tankerlərinin gündəlik xərci 10-15 min dollar təşkil edir. Müharibə riskinin artması isə sığorta haqlarını bir neçə dəfə yüksəldib. Məhz bu səbəbdən bir çox gəmi sahibi riskli gecə keçidini həftələrlə davam edən gözləmədən daha sərfəli hesab edir.
Müəllif: Roza
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir










.jpg)


.jpg)

















