Dünya
Dünya ayrı valyuta zonalarına bölünür: Nələr olacaq?
Dünyada formalaşmış qlobal sistem tədricən makroregionlara parçalanma mərhələsinə daxil olur.
Publika.az xəbər verir ki, bu fikri tanınmış rusiyalı iqtisadçı Mixail Xazin səsləndirib.
Onun sözlərinə görə, hazırda dünyada müstəqil valyuta və iqtisadi zonalar modelinə sürətli və qaçılmaz keçid baş verir. Ekspert hesab edir ki, bu səbəbdən beynəlxalq siyasətdə uzun illər dominant olmuş liberal yanaşma artıq öz aktuallığını itirib.
Xazin bildirib ki, Qərb elitaları tədricən məğlubiyyətlərinin qaçılmaz olduğunu dərk etməyə başlayırlar. Onun fikrincə, ABŞ-da daxili böhran dərinləşir, buna miqrasiya və demoqrafik dəyişikliklərlə xarakterizə olunan "Latın sərhədi" amili də təsir göstərir.
İqtisadçı hesab edir ki, Avrozonanı da ciddi iqtisadi çıxılmaz vəziyyət gözləyir. Onun qənaətinə görə, bu proses Avropa sivilizasiyasının ənənəvi strukturunun zəifləməsinə səbəb ola bilər.
Ekspert həmçinin vurğulayıb ki, əvvəllər böyük geosiyasi əhəmiyyət daşıyan dəniz nəqliyyat marşrutları, o cümlədən Hörmüz boğazı əvvəlki strateji rolunu itirir. Onun fikrincə, onların yerini Avrasiya məkanından keçən quru nəqliyyat dəhlizləri, xüsusilə də Rusiyanın mühüm rol oynadığı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi tutur.
Xazin dünyada yeni iqtisadi və geosiyasi nizamın formalaşdığını, bu prosesin isə dövlətlər arasında münasibətlərə ciddi təsir göstərəcəyini qeyd edib.
Akqabay
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır
-
Magazin208:49Bacısı gənc reperin öldüyünü açıqladı - Həkim səhvi ucbatından...
-
Dünya08:10Kiyevə dəhşətli hücum - Ölən və xəsarət alanlar var
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək




































