Dünya
Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?
Türkiyə sərhədinə yaxın yerləşən Yunanıstanın Dədəağac şəhəri son günlər yenidən diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, yunan mətbuatında yayılan iddialara görə, bölgədə mövcud olan hərbi-logistika obyektlərinin gələcəkdə daha qalıcı hərbi mərkəzə çevrilməsi mümkündür.
Müzakirələr ABŞ-ın Afinadakı səfiri Kimberli Quilfoylun Dədəağaca səfərindən sonra daha da güclənib. Səfər zamanı bölgədəki hərbi obyektlərə baxış keçirən səfir, Dədəağacın ABŞ üçün strateji və həyati əhəmiyyət daşıdığını bildirib.
Egey sahilində, Türkiyə və Bolqarıstan sərhədinə yaxın yerləşən Dədəağac son illərdə NATO və ABŞ üçün mühüm logistika mərkəzlərindən birinə çevrilib. Xüsusilə Ukrayna müharibəsindən sonra bölgənin Qara dəniz və Şərqi Avropaya hərbi daşımalar üçün alternativ marşrut kimi istifadəsi artıb.
Yunanıstan mediasında yayılan məlumatlarda isə hazırda əsasən daşımalar və təlimlər üçün istifadə olunan infrastrukturun, Giritdəki Suda körfəzinə bənzər daimi hərbi mərkəzə çevrilə biləcəyi iddia olunur. Lakin bu barədə ABŞ və ya Yunanıstan tərəfindən rəsmi təsdiq verilməyib.
Qeyd edək ki, ABŞ-ın Dədəağacda ayrıca hərbi bazası yoxdur, mövcud obyektlər Yunanıstana məxsusdur və ABŞ qüvvələri yalnız ikitərəfli razılaşmalar çərçivəsində bu ərazilərdən istifadə edir.
Müəllif: Roza
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
İdman11:20Bu gün dünyanın diqqəti Bakıya yönələcək - UFC turniri başlayır
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!











.jpg)

.jpg)






.jpg)


.jpg)

.jpg)








