Dünya
ABŞ və İran dörd mərhələli razılaşmaya yaxınlaşır
ABŞ və İran arasında gərginliyin azaldılmasını nəzərdə tutan dörd mərhələli razılaşma üzrə yaxınlaşma qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” nəşri məlumat yayıb.
İddiaya əsasən, plan birinci mərhələdə hərbi gərginliyin dayandırılmasını, bölgədə hər hansı eskalasiyanın və ya yeni cəbhələrin açılmasının qarşısının alınmasını nəzərdə tutur.
İkinci mərhələ enerji marşrutlarının qorunması, dəniz təhlükəsizliyi məsələləri, o cümlədən Hörmüz boğazının təhlükəsizliyinə yönəlib.
Üçüncü mərhələdə tərəflər iqtisadi etimadın gücləndirilməsi tədbirlərini həyata keçirəcək. Bu tədbirlərə bəzi sanksiyaların yumşaldılması, dondurulmuş İran aktivlərinin qismən azad edilməsi və neft ixracı və neft ixracı imkanlarının genişləndirilməsi daxildir.
Dördüncü və ən mürəkkəb mərhələ əsas strateji məsələləri, o cümlədən İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyələri, beynəlxalq monitorinq və təminat mexanizmləri, eləcə də uzunmüddətli regional təhlükəsizlik tənzimləmələrini əhatə edir. Bu mərhələnin isə aylarla davam edə biləcəyi qeyd olunub.
Müəllif: Roza
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 26 İyun 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial26 İyun 14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi







.jpg)
.jpg)




.jpg)


.jpg)

















.jpg)