Dünya
Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı iki ölkə arasında münasibətləri və beynəlxalq vəziyyəti müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
O deyib ki, siyasətçilərin dostyana və açıq xarakter daşıyan söhbəti təxminən bir saat davam edib. Söhbət zamanı ABŞ Prezidenti Ukraynada hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olduğunu bir daha vurğulayıb və münaqişə bitəcəyi təqdirdə Vaşinqtonla Moskva arasında yeni münasibətlər perspektivlərinin açılacağını qeyd edib.
Uşakov bildirib ki, Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bir daha təsdiqləyib.
Donald Tramp həmkarına ABŞ və İran arasında razılaşmanın yaxın olduğunu və iyunun 14-ü, bazar günü elan edilə biləcəyini deyib. Söhbət əsnasında Rusiya Prezidenti həmkarını doğum günü münasibətilə təbrik edib; onun sözləri qeyri-rəsmi xarakter daşıyıb və prezidentlərin şəxsi münasibətlərini əks etdirib.
Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski də Donald Trampı yubileyi münasibətilə təbrik etmişdi. Siyasətçilər həmçinin gələcək danışıqları və digər məsələləri də müzakirə ediblər.
Hüseyn İbadlı
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"




























