Dünya
Venesuelada fəlakət qurbanlarının sayı 1430 nəfərə çatdı
Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 1430 nəfərə çatıb, 3200-dən çox zərərçəkənə isə lazımi tibbi yardım göstərilib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə istinadla Milli Assambleyanın spikeri Xorxe Rodriges məlumat verib.
"Hazırkı məqamda təəssüf ki, həlak olan 1430 bacı və qardaşımızı saymışıq. Biz onların ailələrinə və yaxınlarına başsağlığı veririk", - deyə Rodriges milli televiziya ilə yayımlanan növbəti brifinqdə bildirib.
Siyasətçinin sözlərinə görə, 3238 zərərçəkənə tibbi yardım göstərilib. Həmçinin hakimiyyət orqanları evsiz qalan 3142 ailəni qeydə alıb; onlar üçün müvəqqəti sığınacaqlar təşkil edilib və zəruri dəstək göstərilir.
Rodriges əlavə edib ki, həkimlər zərər çəkmiş rayonlarda 12 mindən çox səyyar müayinə aparıb, 5 mindən çox insan isə ilkin tibbi baxış məntəqələrində yardım alıb.
Beynəlxalq yardıma yeni xarici tibbi və xilasetmə qrupları qoşulub və xarici xilasedicilərin ümumi sayı 2242 nəfərə çatıb.
İyunun 24-ü axşam saatlarında Venesuelada bir dəqiqədən az fasilə ilə 7,2 və 7,5 maqnitudalı zəlzələlər baş verib. Onlar respublikada son yüz ilin ən güclü zəlzələlərindən biri olub.
Hüseyn İbadlı
-
Yaxın Şərq23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
İdman23:12Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazandı
-
Magazin221:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ





















.jpg)
.jpg)








