Belçikadan Avropa liderlərinə çağırış: Onu qəzəbləndirməyin
Bizi izləyin

Dünya

Belçikadan Avropa liderlərinə çağırış: Onu qəzəbləndirməyin

Belçikadan Avropa liderlərinə çağırış: Onu qəzəbləndirməyin

Avropanın daha 10 il ABŞ-ın müdafiəsinə ehtiyacı var və Avropa liderləri ABŞ prezidenti Donald Trampı uzaqlaşdırmamaq üçün diplomatiya tətbiq etməlidirlər.

Publika.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken "Politico"ya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-ın davamlı dəstəyi olmadan özünü müdafiə etməyə hələ hazır deyil, ona görə də avropalılar "amerikalıların onların tərəfində qalmasını istəyirlər".

Nazir hesab edir ki, Avropanın hərbi potensialını artırmaq üçün beş-on il lazım olacaq və ABŞ hazırda bunu təşviq edir.

Belçika müdafiə naziri bildirib ki, indi əsas məsələ Trampı qəzəbləndirməməkdir.

"Bizə amerikalılar lazımdır, diplomatik olmalı, onların dediklərinə qulaq asmalı və güzəştə getməyə çalışmalıyıq", - nazir deyib.

Franken Avropa liderlərini Aİ proqramı çərçivəsində silah müqavilələrində yerli müdafiə şirkətlərinə üstünlük verməmək barədə xəbərdar edib və belə bir addımı "tamamilə proteksionist" adlandırdı.

Tramp bu yaxınlarda Avropa müttəfiqlərini İrana qarşı müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə kəskin tənqid edib. Bütün Aİ ölkələri ABŞ tərəfində İslam Respublikasına qarşı döyüşlərdə iştirak etməkdən imtina edib. Buna cavab olaraq ABŞ prezidenti Avropa müttəfiqlərini “qorxaq” adlandırıb və "bunu xatırlayacağına" söz verib. O, həmçinin NATO-nu tənqid edərək, ittifaqı "kağız pələng" adlandırıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm