Hadisə
FHN Oğuzda taxıl sahəsində baş verən yanğını söndürdü - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon Oğuz rayonu, Bayan kəndində taxıl sahəsindəki avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.
Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.
xxx
Oğuzda buğda daşıyan yük maşını yanıb.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.
Belə ki, taxıl sahəsində buğda toplayaraq çıxan TIR-da anidən yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı TIR tamamilə yanıb, içərisində olan 25 ton buğdanın da bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
