Sammitin ulduzuna çevrildi: Türklər sosial media hesabına axın edirlər - FOTO
Bizi izləyin

Dünya

Sammitin ulduzuna çevrildi: Türklər sosial media hesabına axın edirlər - FOTO

Sammitin ulduzuna çevrildi: Türklər sosial media hesabına axın edirlər - FOTO

Ankarada keçirilən NATO-nun 36-cı sammitində diqqət mərkəzinə düşən İslandiyanın Baş naziri Kristrun Frostadottirin sosial media paylaşımı türkiyəli istifadəçilərin böyük marağına səbəb olub.

Publika.az xəbər verir ki, Frostadottir paylaşımında alyansın daha da gücləndiyini və Avropanın təhlükəsizlik sahəsində böyük məsuliyyət daşıdığını bildirib.

O, İslandiyanın etibarlı müttəfiq kimi NATO-ya töhfə verməyə davam edəcəyini vurğulayıb.

Ankaradan ayrılmazdan əvvəl Ankara qalasını da ziyarət edən Baş nazirin paylaşımına türkiyəli istifadəçilər çoxsaylı şərhlər yazıblar. İstifadəçilər "Türkiyə sizi çox sevdi", "Gözəlliyiniz və zərifliyiniz hər kəsin diqqətini çəkdi" kimi ifadələr işlədiblər.

Həmçinin ötən gün NATO sammitində Frostadottirin Prezident iqamətgahına və qarşılama mərasiminə heyranlıqla baxışı da Türkiyə xalqının qəlbini fəth etmişdi.

Qeyd edək ki, 36 yaşlı Kristrun Frostadottir 2024-cü ilin dekabrından İslandiyanın Baş naziridir. Siyasətə gəlməzdən əvvəl iqtisadiyyat jurnalisti kimi fəaliyyət göstərən Frostadottir ölkə tarixinin ən gənc baş naziri hesab olunur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm