Trampın Türkiyə qərarı İsraildə təşviş yaratdı: Netanyahu hərəkətə keçdi
Bizi izləyin

Dünya

Trampın Türkiyə qərarı İsraildə təşviş yaratdı: Netanyahu hərəkətə keçdi

Trampın Türkiyə qərarı İsraildə təşviş yaratdı: Netanyahu hərəkətə keçdi

ABŞ prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıtmasına müsbət yanaşmasından sonra İsrail Baş naziri Benyamin Netanyahu hərəkətə keçib.

Publika.az İsrail mətbuatına istinadla xəbər verir ki, Netanyahu gələn həftə ABŞ-a səfəri zamanı Trampla görüşərək Türkiyəyə F-35 qırıcılarının satışının qarşısının alınmasını müzakirə edəcək.

Təl-Əviv administrasiyası buna nail ola bilməyəcəyi təqdirdə, Ankaraya təyyarələrin texniki imkanları məhdudlaşdırılmış versiyalarının verilməsinə çalışacaq.

Məlumata əsasən, İsrail bu məqsədlə ABŞ Konqresi ilə də əməkdaşlıq etməyi planlaşdırır. İsrailli rəsmilər hesab edirlər ki, razılaşma hələ yekunlaşmayıb və prosesə təsir göstərmək mümkündür.

Qeyd edək ki, Donald Tramp Ankarada NATO sammitində Türkiyənin F-35 proqramına qayıda biləcəyinə dair müsbət siqnallar verib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm