Dünya
Keçmiş Ağ Ev rəsmisi: "İsrail artıq pariya dövlətdir"
Ağ Evin keçmiş aparat rəhbəri və Çikaqonun sabiq meri Rahm Emanuel İsrail hökumətini sərt tənqid edib.
Publika.az xəbər verir ki, o, bu barədə "N12 News"a müsahibəsində danışıb.
Emanuel bildirib ki, İsrailin problemi Demokratlar Partiyası ilə deyil, bütövlükdə ABŞ, xüsusilə də 30 yaşdan aşağı olan yeni nəsillədir. Onun sözlərinə görə, Nyu-York meri Zöhran Mamdani gənc yəhudilər arasında Baş nazir Benyamin Netanyahudan daha populyardır.
Keçmiş Ağ Ev rəsmisi Netanyahunun idarəetmə tərzinin İsrailin milli təhlükəsizliyini zəiflətdiyini, müttəfiqləri ilə münasibətlərinə zərbə vurduğunu və ölkəni beynəlxalq təcridə sürüklədiyini bildirib.
Emanuel İsrailin ABŞ və Avropadakı dəstəyini itirdiyini iddia edib. "İsrail artıq pariya (təcrid edilmiş) dövlətdir. İqtisadi bazarını və siyasi mövqeyini itirib, yalnız Somaliland qalıb", - deyə o vurğulayıb.
Müəllif: Roza
-
MDB17:26Yeni təklif: 70 yaşına çatmış şəxslərə əlavə ödənişlər edilsin
-
Dünya17:08Trampın Türkiyə qərarı İsraildə təşviş yaratdı: Netanyahu hərəkətə keçdi
-
Rəsmi xronika16:21İlham Əliyev fərman imzaladı
-
İdman15:34DÇ bu bərbərin həyatını dəyişdi: Əvvəlcə Mbappedən mesaj gəlib, sonra... - FOTO
-
Sosial14:40"McDonald's"da biabırçı mənzərə: Hər tərəfi çirkli su basıb - VİDEO
-
ABŞ10:46Tramp Ankaradan Vaşinqtona niyə köhnə təyyarə ilə qayıdıb?
-
Region10:34Pezeşkian erməni dilində paylaşım etdi: Dürüst qonşusunuz - FOTO
-
Region10:22Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir


































