İdman
DÇ bu bərbərin həyatını dəyişdi: Əvvəlcə Mbappedən mesaj gəlib, sonra... - FOTO
Naməlum nömrədən gələn sadə bir “WhatsApp mesajı” Massaçusets ştatındakı “Mobar Cuts” salonunun sahibi və Dominikan əsilli bərbər Kandido "Coco" Fernandesin həyatını dəyişdirib.
Publika.az xəbər verir ki, o, bunun evə edilən adi bir sifariş olduğunu düşünüb və qəbul edib.
Lakin ünvana çatanda Koko müştərilərinin Kilian Mbappé və Usman Dembélé olduğunu öyrənib.
“Onlar mənə “WhatsApp”da mesaj yazdılar və kiminsə saçını kəsə biləcəyimi soruşdular. Gələndə Dembele və Mbappeni gördüm. Sakit qalmağa çalışdım, amma ürəyimin dərinliyində dünyanın ən yaxşı iki futbolçusunun saçını kəsdiyimi bilirdim. Bir çox məşhurla işləmişəm, amma oradakı qədər təhlükəsizlik səviyyəsini heç vaxt görməmişəm", - bərbər deyib.
Mbappe bərbərin işindən o qədər məmnun qalıb ki, dərhal Kokonu yaxın dostu Əşrəf Hakimiyə tövsiyə edib. Dominikanlı sonda daha bir çağırış alıb və bu dəfə Mərakeş milli komandasının otelinə gedib. O, burada Hakimi, Çadi Riyad, Bilal Əl Hannus və bir neçə digər oyunçunun saçını kəsib.
Deyəsən, bu bərbər həyatının ən yaxşı Dünya Kubokunu keçirib, inanılmaz populyarlıq qazanıb və dünyanın ən yaxşı futbol ulduzlarının etimadını qazanıb.
Müəllif: Tural

-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
















.jpg)













.png)



