Ankarada Qətər və Küveytdən NATO mesajı
Bizi izləyin

Dünya

Ankarada Qətər və Küveytdən NATO mesajı

Ankarada Qətər və Küveytdən NATO mesajı

NATO Zirvə görüşü çərçivəsində, Türkiyənin Xarici işlər naziri Hakan Fidanın iştirakı ilə Beştəpədə NATO-nun İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) xarici işlər nazirlərinin görüşü keçirilib.

Publika.az “Milliyyet”ə istinadla xəbər verir ki, Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri İƏT-in iclasında iştirak ediblər.

Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xəlifi ölkəsinin NATO ilə praktik əməkdaşlığın gücləndirilməsi səylərini dəstəklədiyini bildirib.

Küveytin xarici işlər naziri Şeyx Cərrah Cabir Əl-Əhməd Əl-Sabah da görüşdə regionda mövcud və ortaya çıxan təhdidlərə qarşı birgə səyləri artırmaq və əməkdaşlıq sahələrini genişləndirmək istəyini ifadə edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm