Türkiyə S-400-ləri satır: Ankara ABŞ sanksiyalarından belə qurtulacaq
Bizi izləyin

Dünya

Türkiyə S-400-ləri satır: Ankara ABŞ sanksiyalarından belə qurtulacaq

Türkiyə S-400-ləri satır: Ankara ABŞ sanksiyalarından belə qurtulacaq

Türkiyə S-400-ləri Körfəz ölkəsinə satmağa hazırlaşır – məqsəd ABŞ sanksiyalarından qurtulmaqdır

Türkiyə ilə ABŞ arasında Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin Fars körfəzi ölkələrindən birinə verilməsi ilə bağlı danışıqlar aparılır.

Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin köşə yazarı Hande Fırat məlumat yayıb.

O bildirib ki, Ankaranın əsas məqsədi Rusiyadan S-400 sistemlərini aldığına görə tətbiq edilən ABŞ-ın CAATSA sanksiyalarının ləğvinə nail olmaqdır.

Fırat qeyd edib ki, Vaşinqton komplekslərin sadəcə deaktiv edilməsi, sökülməsi və ya ABŞ nəzarəti altında Türkiyə ərazisində saxlanılması kimi variantları qəbul etmir. Sanksiyaların ləğvi üçün S-400 sistemləri fiziki olaraq Türkiyə ərazisindən çıxarılmalıdır.

Türkiyə mətbuatı bu sistemlərin ən real alıcısı kimi Birləşmiş Ərəb Əmirliklərini göstərir.

Bununla belə, qeyd olunur ki, S-400-lərdən imtina Türkiyənin avtomatik olaraq F-35 proqramına qayıdacağı anlamına gəlmir. Ankara Rusiyadan S-400 aldığı üçün beşinci nəsil qırıcıların istehsal proqramından çıxarılıb, həmçinin ABŞ Konqresi 2021-ci ilin müdafiə büdcəsi çərçivəsində (NDAA) F-35-lərin Türkiyəyə verilməsini bloklayıb.

Hande Fıratın sözlərinə görə, hətta CAATSA sanksiyaları ləğv olunsa belə, Türkiyənin F-35 proqramına qayıtması üçün ABŞ Konqresi və Pentaqonda ayrıca siyasi və texniki prosedurların tamamlanması tələb olunacaq.

Xatırladaq ki, NATO sammiti zamanı ABŞ Prezidenti Donald Tramp CAATSA sanksiyalarının ləğvinə hazır olduğunu bildirsə də, F-35-lərin Türkiyəyə verilməsi məsələsində ehtiyatlı mövqe sərgiləyərək yalnız vəziyyətin qiymətləndiriləcəyini demişdi. Hazırda Ankara yalnız əvvəllər ödənişini etdiyi altı F-35 təyyarəsini almağa ümid edir, istehsal proqramına tam qayıdışı isə hələ də qeyri-müəyyən olaraq qalır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm