Nida Xəbər
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olundu
İyulun 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, qonaqları salamlayan Adil Kərimli iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, iki ölkə liderlərinin birgə səyləri sayəsində Azərbaycan ilə Gürcüstanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu vəziyyət mədəniyyət sahəsində də əlaqələrin inkişafı üçün geniş perspektivlər yaradır.
Nazir son illərdə iki ölkənin xüsusilə teatr və kino sahəsində əməkdaşlığının diqqətəlayiq olduğunu vurğulayıb.
Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkür edib, xanım nazir Tinatin Ruxadzenin səmimi salamlarını Adil Kərimliyə çatdırıb.
Gürcü qonaq Azərbaycan ilə mədəni-humanitar sahədə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib.Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qonşu ölkənin nümayəndə heyəti Azərbaycan və Gürcüstan Mədəniyyət nazirlikləri arasında birgə İşçi qrupunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.
-
Magazin120:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Hadisə19:3015 yaşlı yeniyetmə kanalda boğulub öldü
-
Kriminal19:20Polis erkən nikahın qarşısını aldı
-
Dünya17:11Dünya liderlərinin neçə uşağı var? - 13 övladla rekorda imza atdı
-
Region16:37Paşinyandan rusiyalı jurnalistlərin istehzalı sualına cavab: Yaxşı ideyadır
-
Rəsmi xronika13:20Samir Şərifov sədr təyin edildi
-
Rəsmi xronika13:06Azərbaycanda Media və Yayım Şurası yaradıldı
-
Nida Xəbər 12:50Aytən Abdullayevaya vəzifə verildi


















.jpg)








.jpg)







