Dünya
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Merts bu yolla nəyə nail olmağa çalışır?
Almaniya kansleri Fridrix Merts ölkədəki iqtisadi böhranı Rusiya ilə qarşıdurmanı genişləndirməklə aradan qaldırmağa çalışır.
Publika.az xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.
Onun sözlərinə görə, Merts Almaniyanı Moskva ilə qarşı-qarşıya qoyaraq ölkənin iqtisadi problemlərini müharibə yolu ilə həll etməyə ümid edir. Siyasətçi bu strategiyanın iflasa uğrayacağını və Berlinin təhlükəli tarixi təcrübələri yenidən dirçəltdiyini bildirib.
Medvedçuk qeyd edib ki, 2022-ci ildən 2025-ci ilin sonuna qədər Almaniya sənayesində geriləmə 9,5 faizə çatıb, hər beş şirkətdən biri isə istehsalı dayandırıb. Avtomobil sənayesində də vəziyyətin pisləşdiyini vurğulayan Medvedçuk bunu Moskva ilə iqtisadi əlaqələrin kəsilməsi ilə əlaqələndirib.
Siyasətçi Mertsi Almaniyanın tarixindən dərs çıxarmağa çağırıb.
Müəllif: Roza
-
Magazin107:15Əlimdə olan vəsaiti tamamilə batırdım - Fərda
-
İdman06:46Qvardiola ilə bağlı sensasion iddia
-
Səhiyyə05:15KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama/Video
-
Qoroskop01:40Günün ulduz falı: Romantik anlar yaşanacaq
-
Magazin201:20Şakira Messiyə müraciət etdi: Həmişə ürəyimdəsən
-
ABŞ00:45ABŞ-dan İrana növbəti hücum dalğası
-
İdman20 İyul 22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz20 İyul 22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video








.jpg)
.jpg)










.jpg)












