Dünya
Yunanıstandan Türkiyəyə qarşı təxribat: Kipr artıq yaxındır
Yunanıstanın müdafiə naziri Nikos Dendias Kipr Sülh Əməliyyatının 52-ci ildönümü ilə bağlı paylaşımında Türkiyəyə qarşı təxribat xarakterli açıqlamalar verib.
Publika.az xəbər verir ki, Dendias 1974-cü il hadisələrini “Türk işğalı” adlandıraraq, Kipr məsələsinin hələ də “qanunsuz işğal” olduğunu iddia edib.
“Türk işğalının üzərindən 52 il keçib, lakin onun yaddaşlardakı yeri hələ də canlıdır. Həyatını itirənləri, itkin düşənləri və adanın azadlığı uğrunda mübarizə aparan hər kəsi hörmətlə yad edirik”, - deyə o yazıb.
Dendias Nikosiyanın Avropanın sonuncu bölünmüş paytaxtı olaraq qalmasının qəbuledilməz olduğunu bildirib.
Yunanıstan müdafiə naziri Rum tərəfinə müraciətində isə diqqətçəkən ifadələr işlədib: “Kiprdəki qardaşlarımıza mesajımız aydındır. Xüsusilə son hadisələrdən sonra bunu deyirəm: Yunanıstan Silahlı Qüvvələri üçün Kipr artıq uzaqda deyil, yaxındır”.
Dendiasın bu ifadəsinin 1974-cü ildə Yunanıstanın keçmiş baş naziri Konstantin Karamanlisin “Kipr uzaqdadır” sözlərinə işarə olduğu qeyd olunub.
Müəllif: Roza
-
Magazin107:15Əlimdə olan vəsaiti tamamilə batırdım - Fərda
-
İdman06:46Qvardiola ilə bağlı sensasion iddia
-
Səhiyyə05:15KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama/Video
-
Qoroskop01:40Günün ulduz falı: Romantik anlar yaşanacaq
-
Magazin201:20Şakira Messiyə müraciət etdi: Həmişə ürəyimdəsən
-
ABŞ00:45ABŞ-dan İrana növbəti hücum dalğası
-
İdman20 İyul 22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz20 İyul 22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video









.jpg)
.jpg)









.jpg)












