Dünya
ABŞ-dan Putinə təşəkkür gəldi - Buna görə
ABŞ Rusiyada məhkum edilmiş amerikalı Robert Gilmanın əfv olunmasına görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib.
Onun sözlərinə görə, Putin prosesdə şəxsən iştirak edib və Gilman humanitar səbəblərdən əfv olunub. Uitkoff azadlığa buraxılmanın detalları barədə məlumat verməyib.
Robert Gilman Rusiyada məhkum edilmişdi. Onun saxlanılmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Rusiya və ABŞ arasında son dövrlərdə məhbusların dəyişdirilməsi və humanitar məsələlərlə bağlı qarşılıqlı jestlər olub. 2025-ci ildə iki ölkə məhkumlarla bağlı mübadilə həyata keçirib, 2026-cı ilin iyununda isə humanitar məsələləri müzakirə edib.
Gilmanın əfv edilməsi Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində yeni addım kimi qiymətləndirilə bilər. Kremlin məsələ ilə bağlı hələlik rəsmi açıqlaması yoxdur.
Müəllif: Adəm
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video






















.jpg)













