Tayvan təyyarəsinin qəza səbəbi açıqlandı
Bizi izləyin

Dünya

Tayvan təyyarəsinin qəza səbəbi açıqlandı

Fevralın 4-də Tayvanın paytaxtı Taybeydə havaya qalxan zaman qəzaya uğrayan təyyarənin hər iki mühərriki sıradan çıxıb.

Publika.az-ın məlumatına görə, bu barədə ATR-72-600 tipli təyyarənin “qara qutu”larını araşdıran istintaqın nümayəndələri məlumat veriblər. Məlumatda pilotların təyyarənin yaşayış massivinə və ticarət mərkəzinə düşməsinin qarşısını almaq üçün əllərindən gələni etdikləri də qeyd olunur.

Son məlumatlara əsasən hadisə zamanı ölənlərin sayı 35 nəfərə çatıb, daha 8 nəfər isə itkin düşmüş sayılır.

Qeyd edək ki, göyərtəsində 53 sərnişin və 5 ekipaj üzvünün olduğu "TransAsia Airways" şirkətinə məxsus ATR-72-600 təyyarəsi Taybeydən Tzinmen arxipelaqına daxili uçuş həyata keçirirmiş. Təyyarə havaya qalxdıqdan dərhal sonra pilotlar üç dəfə həyəcan siqnalı veriblər. Bundan sonra estakadaya və onun üzərindən keçən taksi avtomobilinə toxunan təyyarə çaya düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm