İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
Bizi izləyin

Dünya

İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul

İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul

İranın ABŞ hərbçilərinin Yaxın Şərqdə yerləşən hərbi bazalardakı fəaliyyətləri barədə məlumat toplamaq üçün “Strava” fitnes tətbiqinin ictimai məlumatlarından istifadə edə biləcəyi iddia olunur.

Publika.az xəbər verir ki, “Sky News”un məlumatına görə, ABŞ hərbçiləri fiziki hazırlıq və qaçış məlumatlarını öz adları ilə tətbiqdə paylaşırlar. Bu isə potensial rəqiblərə hərbi bazalardakı gündəlik fəaliyyət, şəxsi heyətin hərəkəti və müəyyən obyektlərin yerləşməsi barədə məlumat əldə etmək imkanı yarada bilər.

Telekanalın araşdırması zamanı İordaniyadakı Müvəffəq əl-Salti Hava Bazasında xidmət edən ABŞ hərbçilərinin qaçışlarını eyni nöqtədə başa vurduğu müəyyən edilib. Həmin ərazinin kazarmaların yerləşdiyi hissə olduğu ehtimal edilir. Məlumata görə, iyulun 18-də İran məhz həmin kazarmaya zərbə endirib.

“Sky News” qeyd edir ki, hərbçilər “Strava” kimi tətbiqlərdən istifadə etməklə hərbi obyektlərin yerləşməsi və şəxsi heyətin gündəlik hərəkətləri barədə məxfi məlumatları bilmədən ictimaiyyətə açıqlamış olurlar.

Oxşar hallar daha əvvəl Kipr və İsraildə də qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm