İdman
Azərbaycan daha bir Dünya çempionatına ev sahibliyi edəcək
Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.
Azərbaycan Gimnastika Federasiyasından Publika.az-a verilən məlumata görə, mərasimdə Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.
Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq 43-cü Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək Dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona görə mundial gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından daha vacib mərhələlərdən biridir.
Beləliklə, Azərbaycan həm Dünya çempionatına ev sahibliyi, həm də Olimpiya yolunda mühüm təsnifat mərhələsini qəbul etməklə dünya gimnastikasının diqqət mərkəzində olacaq.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı






























