Trampın elçisi Qahirədə: HƏMAS nümayəndələri ilə görüşdü
Bizi izləyin

Dünya

Trampın elçisi Qahirədə: HƏMAS nümayəndələri ilə görüşdü

Trampın elçisi Qahirədə: HƏMAS nümayəndələri ilə görüşdü

Misir Prezidenti Prezidenti Əbdülfəttah əs-Sisi Əl-Alameyn şəhərində Qəzza və digər regional böhranları müzakirə etmək ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Cared Kuşner ilə danışıqlar aparıb.

Publika.az xəbər verir ki, Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədə HƏMAS nümayəndə heyəti ilə də görüşüb. Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenov da Qahirədəki görüşdə Kuşneri müşayiət edib. Danışıqlar Qəzzada beynəlxalq koalisiyaya aid hərbi qüvvələrin yerləşdirilməsi, İsrail qoşunlarının geri çəkilməsi və humanitar yardımlar üzrə keçirilir.

Qeyd edək ki, onun Misirə səfəri İsrailin Baş naziri Benyamin Netanyahunun Trampın 15 bəndlik sülh planını açıq şəkildə rədd etməsindən sonraya təsadüf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm