Dünya
Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıldı
Cənubi Koreya ordusu bu həftənin əvvəlində bir neçə Şimali Koreya əsgərinin hərbi demarkasiya xəttini (MDL) keçməsindən sonra xəbərdarlıq atəşi açıb.
Publika.az xəbər verir ki, “Yonhap” agentliyinin Cənubi Koreya hökumətindəki mənbəyə istinadən verdiyi məlumata görə, hadisə Koreya yarımadasının şərq hissəsində baş verib. Şimali Koreya hərbçiləri sərhəd xəttini keçdikdən sonra Cənubi Koreya ordusu müəyyən edilmiş prosedurlara uyğun olaraq xəbərdarlıq atəşi açıb.
Bundan sonra Şimali Koreya əsgərləri demarkasiya xəttinin şimalına geri çəkilib. Hadisədən sonra bölgədə hər hansı qeyri-adi aktivlik qeydə alınmayıb.
Bu, 2026-cı ildə Cənubi Koreya ordusunun Şimali Koreya hərbçilərinin demarkasiya xəttini keçməsinə cavab olaraq ilk dəfə xəbərdarlıq atəşi açmasıdır.
KXDR hakimiyyəti son hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, ötən il Şimali Koreya hərbçilərinin demarkasiya xəttini keçməsi ilə bağlı 17 hadisə qeydə alınıb.
-
İdman20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
ABŞ18:36Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
-
Region17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı
-
Nida Xəbər 16:28Səfir sabiq prezidentlə fotosunu paylaşdı - Bakıya gəlib (FOTO)
-
İdman15:32Daha bir məşqçi müharibənin qurbanı oldu
-
İdman14:13"Qarabağ” Zubirlə belə vidalaşdı - VİDEO
-
Ekologiya13:02Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
































