Dünya
ABŞ-dan Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni təklif
ABŞ Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün danışıqları yenidən fərqli formatda başlatmalıdır.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Corc Buşun Rusiya üzrə keçmiş köməkçisi Tomas Qrem deyib.
Onun sözlərinə görə, Vaşinqton Moskva və Kiyevlə növbəli şəkildə ikitərəfli danışıqlar aparmalıdır. Qrem hesab edir ki, diplomatik prosesin əsas hissəsi ikitərəfli formatda keçirilməli, zərurət yaranarsa, üçtərəfli görüşlər də təşkil olunmalıdır.
Politoloq dərin fikir ayrılıqlarının aradan qaldırılması üçün “vasitəçilik diplomatiyası”nın, yəni vasitəçinin tərəflər arasında növbə ilə danışıqlar aparmasının vacib olduğunu bildirib.
Qrem müəyyən mərhələlərdə Avropa ölkələrinin də sülh prosesinə cəlb oluna biləcəyini istisna etməyib.
Qeyd edək ki, “vasitəçilik diplomatiyası” birbaşa təmasların mümkün olmadığı münaqişələrdə vasitəçinin tərəflər arasında gedib-gələrək kompromis axtarması üsuludur.
Müəllif: Adəm
-
Avropa09:34Putinin sözləri təşviş yaratdı: Bu ölkə “ən pis ssenari”yə hazırlaşır
-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir
-
Sosial07:55Şuşa və Xocavəndə köç karvanları yola salındı
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: Romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir







.jpg)









.jpg)


















